Ermənistanda elektrik enerjisinin verilməsində ciddi problem yaranıb.
Ermənistanın paytaxtı da daxil olmaqla bir sıra şəhərlərə elektrik enerjisinin təchizatı dayanıb. Buna səbəb Yerevan və Razdan istilik elektrik stansiyalarında baş verən qəzalardır.
Yerevanda qatarlar tuneldə qalıb, internetin verilməsində çətinliklər yaranıb. Ölkə miqyasında elektrik enerjisinin verilməsində fasilələr yarana biləcəyi barədə xəbərdarlıq edilib(azərtac).