XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

10 July 2019 - 20:54

Gürcüstanda növbəti aksiya keçirilir- Prezident Administrasiyasının yerləşdiyi binanın qarşısında

Tbilisidə Prezident Admınidtrasiyasının yerləşdiyi binanın qarşısında etiraz aksiyası keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, “Vahid Milli Hərəkat” partiyasının Atoneli küçəsində yerləşən binanın qarşısına toplaşan üzvləri Gürcüstan prezidenti Salome Zurabişvilinin ötən gün keçirdiyi brifinqdə Rusiya rəhbərliyinə müraciət edərkən işlətdiyi ifadələrə etiraz edirlər.

Onlar prezidentin gürcü cəmiyyətini alçaltdığını, Tbilisidə keçirilən mitinqlərin iştirakçılarını nəzərdə tutaraq “radikal qüvvələr” sözü işlətdiyini bildiriblər.

Qeyd edək ki, ötən gün Gürcüstan prezidenti S.Zurabişvili Rusiya rəhbərliyinə müraciət edərək gərginliyin radikal qüvvələr tərəfindən yaradıldığını bildirib. O qeyd edib ki, ölkənin və regionun stabilliyi üçün yeganə yol hazırkı hökumətin yürütdüyü sülhməramlı siyasətdir.