XƏBƏR LENTİ

24 Noyabr 2020
23 Noyabr 2020

Digər Xəbərlər

10 İyul 2019 - 21:31

İlin ən çox gəlir əldə edən məşhurları- “Forbes” reytinqi dərc edib

“Forbes” dərgisi 2019-cu ilin ən yüksək məvacib alan 100 məşhurun reytinqini dərc edib.

“Report” dərginin saytına istinadən xəbər verir ki, reytinqin birinci pilləsində qərarlaşan 29 yaşlı amerikalı müğənni Teylor Svift bu il 195 milyon dollar qazanıb.

Belə ki, T.Sviftin “Reputation” adlı albomu 226,1 milyon dollar gəlir gətirərək ABŞ tarixində rekord olub.

Reytinqdə top-model və “Kylie Cosmetics” şirkətinin sahibi Kayli Cenner 170 milyon dollarla ikinci, amerikalı reper Kanni Uest isə 150 milyon dollarla üçüncü olub. Sonrakı yerləri futbolçu Lionel Messi (127 milyon dollar) və müğənni, bəstəkar, gitaraçı Ed Şiran (110 milyon diollar) tutub.