İstanbulun mərkəzində, şəhərin turistlər arasında populyar hissəsində Sultan Əhməd meydanının yanında partlayış baş verib. Hökumət 10 həlak olmuş və 15 yaralı haqda məlumat verir. Motivlər və yaxud cinayətkarların mənsubiyyəti haqda hər hansı bir məlumat yoxdur (Axşama doğru bu haqda məlumat verildi – red.). Hakimiyyət artıq hadisə haqda KİV-də xəbər yayımına qadağa qoyub, lakin Twitter susmur.
Budur, türklər terakt haqda aşağıdakıları yazıblar.
Teleaparıcı Sərdar Tuncər: Hər bir terakt lakmus kağızı kimi heyvanı insandan ayırır. Həlak olanların xatirəsi işıqlı olsun, Allah yaxınlarına səbir versin.
Türkiyənin keçmiş prezidenti Abdulla Gül: Mən Türkiyəyə bu xain hücumu qətiyyətlə ittiham edirəm.
Sona Unudulmaz@izmircandiir: İttiham edirsiniz? Tükiyə 35 il ərzində böyük yanğına dönüb. Günahsız insanların həlakının qarşısını niyə almadınız?
ünsal yeşilyurt@Unsal61: Deyirlər ki, bu rayonda alman turistləri var idi.
Gonorrhea@DirtiestSprite: Niyə turistlərin gəldiyi rayonda gücləndirilmiş təhlükəsizlik tədbirləri görülmür? İlahi, Türkiyəni qoru.
Ankara meri İbrahim Melih Göyçək: İstanbulda partlayış… Düşünürəm ki, Türkiyə turizminə zərbə vurmaq üçün xarici güclərin fitnəsidir… Lakin ümid edirəm ki, onların əlindən heç nə gəlməyəcək…
PROMETHEUS@serkanacar007: Nə qədər insan həlak olub, amma siz elə hey puldan danışırsınız… Sizin vicdanınız yoxdur…
şenayayay@TCsenayakdemir: Bəs o nə desin? Sabit şəkildə təklif tapır və vəssalam.
Cumhuriyet qəzeti: Türkiyə televiziyası susdu, dünyanın KİV-i isə İstanbuldan yayım aparır.
meric@otekidunyali: İstanbulun mərkəzində partalyış törədilib. Show TV-də mətbəx verilişi, ATV-də qohumlarını tapmaq istəyən adamlarla aparıcı Mugə Anlı, TV8-də tanışlıq tok-şousu, Star-da Big Brother. Baş açmaq olmur.
Altan ÇETİN@AltanChetin: Deməli, yasaq… Hər şey baş-ayaqdır.
Paşaçayı@Noya_a3: Xəbərlər proqramına da yasaq?
Falcı Kız@realistprenses: Mətbuata yasaq təcili yardımdan tez “gəlib çıxdı”.
Türk şairi və yazıçısı Əhməd Ümid: Biz uçuruma doğru şütüyən qatardayıq. Qatarı idarə edənlər marşrutu dəyişmək əvəzinə uçuruma doğru getdiyimizi deyənləri susmağa məcbur edirlər…
Meltem U. Ruscuklu@meltemruscuklu: Uçurum? Bu, son dərəcə yumşaq sözdür. Biz Yer kürəsinin ən dərin quyusuna düşürük.
İnoSMİ.ru, 12.01.2016
Sözardı: Oxucularımıza xatırladaq ki, Türkiyə prezidenti Ərdoğan bir zamanlar Twitter-i lağa qoymuşdu: TWITTER-ŞMİTTER