XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2019 - 00:21

“OPEC plus” nazirlərinin Birgə Monitorinq Komitəsinin növbəti iclası keçiriləcək- Əbu-Dabidə

OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) növbəti iclası sentyabrda keçiriləcək.

Azərtac xəbər verir ki, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) məlumat yayıb. Bildirilir ki, yığıncağın Əbu-Dabidə təşkili planlaşdırılır.

Xatırladaq ki, ötən il dekabrın 7-də “OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış “Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb.