XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2019 - 13:55

Türkiyə hərbi əməliyyatlara başlayıb- İraqın şimalında

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən terrorçulara qarşı “Pəncə-2” adı altında hərbi əməliyyatlara başlayıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Pəncə-2” hərbi əməliyyatları İraqın şimalında yerləşən Hakurk bölgəsində terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək.

Əməliyyatlar helikopterlər, qırıcılar və pilotsuz uçuş aparatlarının iştirakı ilə davam edir.