XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

13 İyul 2019 - 19:17

Honkonq sakinləri etirazlara başlayıb- Çinlə paralel ticarətə görə

İyulun 13-də Honkonqun 30 mindən çox sakini Syönsyöy rayonunda Çinin materik hissəsi ilə paralel ticarətə qarşı etiraz aksiyalarına başlayıb.

Etirazçılar hakimiyyətdən paralel ticarətin rayonun həyatına mənfi təsirinə göz yummamağı tələb edir. Onların sözlərinə görə, paralel ticarət səbəbindən şəhərdə daşınmaz əmlakın qiyməti artıb və gigiyenik şərait ağırlaşıb.

Paralel ticarət uzun illərdir ki, Çinin materik hissəsi ilə sərhəddə yerləşən rayonlarda geniş tətbiq olunur. İstənilən ticarətçi Honkonqdan az miqdarda mal alaraq Çində sata bilir. Bunun üçün rüsum ödəmək və icazə almaq lazım gəlmir(azərtac).