XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 July 2019 - 20:04

Əfqanıstanda otelə hücum edən silahlılar zərərsizləşdirilib

Əfqanıstanın təhlükəsizlik qüvvələri ölkənin Kalayi-Nau şəhərində yerləşən otelə hücum edən silahlıları məhv ediblər.

Trend-in məlumatına görə, bu barədə “Tolo News” telekanalı xəbər verib.

Şənbə günü bir neçə nəfər yerli vaxtla saat 12:40-da Əfqanıstanın şimal-qərbində Badqis vilayətindəki otelə hücum edib. “Taliban” hərəkatı hücumun məsuliyyətini öz üzərinə götürüb.

Daxili İşlər Nazirliyinin nümayəndəsi deyib ki, təhlükəsizlik qüvvələri üç silahlını zərərsizləşdirib, ikisi isə saxlanılıb. Təhlükəsizlik qüvvələrinin ən azı 8 üzvü ölüb, 7 nəfər yaralanıb.