Mərakəş Krallığının Dəniz Donanmasının sahil təhlükəsizlik bölmələri Aralıq dənizində 161 qeyri-leqal miqrantı xilas edib.
Bu barədə Mərakeşin hərbi mənbələrindən bildirilib.
Məlumata görə, xilas olunan miqrantların əksəriyyəti Böyük Səhranın cənubunda yerləşən Afrika ölkələrindəndir. Onların hamısı sağ-salamat krallıq limanlarına çatdırılıb.
Beynəlxalq Miqrasiya Təşkilatının hesablamalarında qeyd olunur ki, ilin əvvəlindən bəri Aralıq dənizi ilə İspaniyaya təxminən 8 min miqrant gəlib, 137 nəfər isə dənizdə boğulub. Ümumilikdə isə 1 yanvar tarixindən 1 may tarixinədək bu dəniz yolu ilə Avropaya 16806 nəfər üz tutub, 410 nəfər ölüb. /APA