XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

14 İyul 2019 - 10:30

Yazıçıdan Trampla bağlı sərt açıqlama:"O, romanlarımdan daha qorxuncdur"

“Trampın prezidentliyi romanlarımdan daha qorxuncdur”.

Bunu elmi-fantastik əsərlərin müəllifi, amerikalı yazıçı Stepen Kinq deyib.

“NowThisNews” sosial paylaşım saytında yayımlanan videoda ona ünvanlanan sualı cavablandıran yazıçı qeyd edib ki, 1979-cu ildə çap edilən “Çağırış” (The Dead Zone) adlı romanında Donald Trampın iqtidara yüksəlişini proqnozlaşdırıb. Bildirib ki, romanda olduğu kimi Amerika cəmiyyətinin xəyal gücünü ələ keçirən bir siyasətçinin varlığından həmin dövrdə əmin olub.

Kinq Trampın prezidentliyə uyğun olmadığını deyib və vəzifəsindən kənarlaşdırılmasını istəyib. O, prezidentin tvitterdən istifadəsini “getdikcə ağlını itirən bir zehnə açılan pəncərə” kimi dəyərləndirib. /Publika.az