XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

14 İyul 2019 - 11:45

Cənubi Kiprə qarşı silah embarqosu ləğv edildi –ABŞ Nümayəndələr Palatasından qərar

ABŞ Nümayəndələr Palatası Cənubi Kiprə qarşı silah embarqosunun ləğvini nəzərdə tutan qanun layihəsini qəbul edib.

ABŞ 1987-ci ildən Cənubi Kiprə silah satışını qadağan edib.

Ötən gün Nümayəndələr Palatasının qəbul etdiyi qanun layihəsində isə Cənubi Kiprə silah satışının bərpa edilməsi əksini tapıb. Qanun layihəsində ABŞ-ın Türkiyəyə F-35 qırıcı təyyarələrinin satışının dayandırılması barədə müddəa da əksini tapıb. Eyni zamanda qanun layihəsində ABŞ-ın Türkiyəyə”Patriot” zenit-raket kompleksləri satışının təşviq olunması əksini tapıb.  

Qanun layihəsinin Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması ilə əlaqədar qəbul edildiyi ehtimal olunur.

Qanunun qüvvəyə minməsi üçün Senatda qəbul edilməsi və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanması lazımdır. /APA