XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 July 2019 - 17:49

Britaniya XİN başçısı:“İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”

“İrana nüvə silahı əldə etməsi üçün bir il kifayətdir”.

Bunu Britaniyanın xarici işlər naziri Ceremi Hant iyulun 15-də Brüsseldə Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının İranın nüvə probleminə həsr edilən toplantısından əvvəl bildirib.

“Biz yaranmış fürsətdən istifadə edərək İranın nüvə problemi ilə bağlı müqaviləni qorumalıyıq”, – deyə nazir vurğulayıb.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian bildirib ki, İranın müqavilədən mərhələli şəkildə çıxması ABŞ-ın səhv qərarına cavab oldu.

Qeyd edək ki, İranın Atom Ernejisi Təşkilatının mətbuat katibi Bəhruz Kamalvənd iyulun 15-də deyib ki, Tehran 2015-ci ilədək mövcud Vyana razılaşmasınadək olan dövrə tamamilə qayıda bilər. /Report