Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı müşahidəçilərin qeydiyyat müddəti bu gün başa çatıb.
Azərtac Ukrayna Mərkəzi Seçki Komissiyasının saytına istinadla xəbər verir ki, növbədənkənar parlament seçkilərində 1719 xarici müşahidəçi qeydə alınıb. Bunlardan 1602-si beynəlxalq təşkilatların nümayəndələri, 117-si isə 12 xarici ölkədəndir. Ən çox xarici müşahidəçi ABŞ-dan qeydə alınıb – 42 nəfər.
Xatırladaq ki, Ukraynada növbədənkənar parlament seçkiləri iyulun 21-də keçiriləcək.