XƏBƏR LENTİ

27 Noyabr 2020
26 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2019 - 10:00

Rəsmi Kiyev Macarıstanı ittiham edir- Ölkənin daxili işlərinə qarışmaqda

Ukrayna Macarıstanı ölkənin daxili işlərinə qarışmaqda ittiham edir.

Ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti xəbər verir ki, rəsmi Kiyev yaydığı bəyanatında Macarıstan hakimiyyətini növbədənkənar parlament seçkiləri ərəfəsində Ukraynanın daxili işlərinə qarışmasından narahatlığını ifadə edib.

Bəyanatda qeyd edilir ki, növbədənkənar parlament seçkiləri ərəfəsində Macarıstan rəsmilərinin Zakarpatya vilayətinə intensiv səfərləri və müəyyən namizədlərin aşkaranə təbliğatı ilə məşğul olmaları müşahidə edilməkdədir.

Bundan başqa, rəsmi Kiyevin tövsiyəsinə baxmayaraq, Macarıstan Baş Naziri Administrasiyasının rəhbəri diplomatik pasportla Ujqorod rayonuna qeyri-rəsmi səfər edərək, ictimai tədbirə qatılıb. Ukrayna bunu diplomatik qanunların pozulması və mehriban qonşuluq ruhuna zidd olduğunu hesab edir. Rəsmi Kiyev Macarıstanın Ukraynanın daxili işlərinə müdaxiləsinin qarşısını almaq üçün müəyyən tədbirlər görmək hüququnun olduğunu bəyan edib(azərtac).