XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

16 İyul 2019 - 11:53

Polşa Aİ-də ən çox “oturum icazəsi” verən ölkədir- Siyahı

Son iki ildə Avropa İttifaqı ölkələri 3 milyondan çox üçüncü ölkə vətəndaşına “oturum icazəsi” verib.

Bu ölkələr arasında ən çox yaşama və çalışma icazəsi verən ölkə Polşa olub. Ötən iki ildə bu ölkə 683 min 228 nəfərə ərazisində yaşamaq icazəsi verib. Siyahıda ikinci və üçüncü yerlərdə müvafiq olaraq Almaniya və Böyük Britaniya qərarlaşıb.

Ən çox “oturum icazəsi” alanlar isə Ukrayna vətəndaşlarıdır. Təxminən 662 min ukraynalı miqrantın 88 faizi məhz Polşadan uzunmüddətli viza alıb. Sonrakı yerləri isə Suriya və Çin vətəndaşları tuturlar(azərtac).