Ermənistan Dövlət Gəlirlər Komitəsi Rusiyanın Gümrüdəki hərbi bazasını cərimələyib.
Məlumatı “Yerevan.today” yayıb.
Məlumata görə, hərbi bazanın ərazisindəki dükan alış-veriş zamanı alıcıya kassa qəbzi təqdim etməyib. Bildirilib ki, komitənin iyulun 9-da qəbul etdiyi qərara əsasən, bu mağazanın fəaliyyəti 5 gün müddətinə cari il sentyabrın 19-dan 23-dək dayandırılacaq/Report.