Bir müddət əvvəl Donald Trampın zorladığı qadın kimi adı media başlıqlarına çıxan Ceyn Kerroll ABŞ prezidentini məhkəməyə verməyə hazırlaşır.
Strateq.az “The Daily Best”-ə istinadla xəbər verir ki, Kerroll prezident Trampa qarşı qanuni yolla hərəkət etməli olduğunu düşünür.
Onun iddiasına görə, seksual təcavüz 1990-cı illərin ortalarında baş verib.
“Həqiqətən, ağıllı bir vəkil tapsam, bunu edəcəyəm, – deyə Ceyn Kerroll məhkəmə iddiası qaldırmaq fikrini açıqlayıb. – Əgər bunu etməsəm, təcavüzə məruz qalan qadınlara hörmətsizlik göstərəcəyəm”.