ABŞ Prezidenti Donald Tramp Türkiyəyə F-35 qırıcı təyyarələrini satmayacaqlarını bildirib.
Buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksi almasıdır.
“Və indi biz Türkiyə deyirik…Biz sizə F-35 təyyarələrini satmayacağıq. Biz də çətin vəziyyətdə qalmışıq, onlar da. Danışıqlar davam edir, görək qarşıdakı günlərdə nə baş verəcək.” – Tramp deyib.
Tramp S-400 məsələsinə görə Obamanı günahlandırıb. /Trend