XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2019 - 09:00

Perunun keçmiş prezidenti həbs olunub –ABŞ-da

ABŞ-da polisi Perunun keçmiş prezidenti Alexandro Toledonu saxlayıb.

A. Toledo ekstradisiya qərarı ilə bağlı həbs olub.

2001-2006-cı illərdə prezident olan Toledo ölkəsinə mümkün ekstradisiyası üzrə proses çərçivəsində ABŞ-ın məhkəmə orqanları qarşısına çıxarılıb.

Qeyd edək ki, Perunun keçmiş rəhbəri korrupsiya ilə bağlı axtarışdadır. Ancaq Peruda irəli sürülən ittihamların mövcudluğu onlara keçmiş prezidenti ABŞ-da saxlamağa səlahiyyət vermir.

Toledo hökumət kontraktlarının verilməsi müqabilində Braziliyanın Odebrecht tikinti firmasından rüşvət almaqda ittiham olunur. Onun özü bu itihamları rədd edir.

Bir neçə il öncə Peru prezidenti Pedro Pablo Kuçinski amerikalı həmkarı Donald Trampla telefon danışığında ölkəsinin sabiq dövlət başçısı Alexandro Toledonun geri qaytarılması ilə bağlı müraciətə baxmasını xahiş edib. /Trend