XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

17 İyul 2019 - 15:32

Rəsmi Tehran BƏƏ-nin neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib- Açıqlama

Rəsmi Tehran Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) yoxa çıxan neft tankeri ilə bağlı məsələyə aydınlıq gətirib.

İran Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Musəvi şənbə günündən bəri məlumat alınmayan Birləşmiş Ərəb Əmirliklərinə məxsus neft tankeri barədə məsələni şərh edib.

O, Fars körfəzində başqa bir ölkəyə məxsus neft tankerində texniki nasazlıq baş veridiyini bildirib. İran dəniz qüvvələri də kömək istənilən gəmiyə beynəlxalq qanunlara uyğun olaraq yardım edib.

İranın BƏƏ-yə məxsus neft tankerini ələ keçirdiyi ilə bağlı iddialara sərt reaksiya verən A.Müsəvi deyib ki, İran dəniz qüvvələri gəmiyə lazımi müdaxilənin olunması üçün onu İran sularına gətirib.

Xatırladaq ki, Hörmüz boğazında BƏƏ-yə məxsus neft tankerindən şənbə günündən bəri məlumat alınmırdı.

Tankerin monitorinq şirkəti “Refinitiv”in analitik Ranjit Raja bildirib ki, həmin tanker son 3 ayda izləmə sistemini bağlamayıb. “Bu, təhlükə əlamətidir”, – deyə o qeyd edib(azərtac).