XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2019 - 15:42

Sudanda Hərbi Şura ilə müxalifət anlaşdı- Razılaşmada ancaq keçid dövrünə aid bəndlər var

Sudanda keçid Hərbi Şura ilə əsas müxalifət qüvvəsi olan “Azadlıq və dəyişikliklər uğrunda qüvvələr” birliyi arasında ölkədə vəziyyətin tənzimlənməsi və keçid dövrünün əsas mərhələlərinə dair razılıq əldə olunub.

Azərtac “Skay News Arabia” telekanalının məlumatına istinadla xəbər verir ki, razılaşmada Konstitusiya deklarasiyasına toxunulmur, ancaq keçid dövrünə aid bəndlər yer alır.

Tərəflər, həmçinin bu məsələ ilə əlaqədar danışıqların ən yaxın zamanda davam etdirilməsi barədə də razılıq əldə ediblər.