XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

17 İyul 2019 - 21:51

Ərdoğan Ərbildəki mənfur hücumu pisləyib:"İraq hökuməti və yerli rəsmilərlə danışıqlar davam edir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Twitter” səhifəsində İraqın Ərbil şəhərində türkiyəli diplomatlara qarşı təşkil edilmiş silahlı hücuma münasibət bildirib.

Rəcəb Tayyib Ərdoğan “Twitter” hesabında Türkiyənin İraqın Ərbil şəhərindəki konsulluq əməkdaşlarına qarşı təşkil edilmiş mənfur hücumu pisləyib və şəhid olan əməkdaşa Allahdan rəhmət diləyib.

Bildirib ki, hücumu təşkil edənlərin qısa zamanda tapılması üçün İraq hökuməti və yerli rəsmilərlə danışıqlar davam edir(azərtac).