XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

17 July 2019 - 23:33

Gürcüstanda müxalifət liderinin mühafizəçisi saxlanılıb- İttiham irəli sürülüb

Gürcüstanın müxalif “Qalib Gürcüstan” siyasi hərəkatının lideri, keçmiş müdafiə naziri İrakli Okruaşvilinin mühafizəçisi Koba Koşadze saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, mühafizəçi silahın qanunsuz əldə olunması və daşınmasında günahlandırılır.

İ.Okruaşvili mühafizəçisinin saxlanılmasını ona qarşı siyasi təqiblə əlaqələndirib.

O, K.Koşadzeni uzun illər tanıdığını və onun əlində heç vaxt silah görmədiyini bildirib.