Yaponiyanın Kioto şəhərindəki animasiya studiyasında baş vermiş yanğın zamanı 10 nəfər ölüb.
Yanğın zamanı ümumilikdə 40 nəfərə yaxın adam xəsarət alıb.
Onlardan 10-u ağır vəziyyətdədir.
Şahidlərin sözlərinə görə, yanğından əvvəl partlayış səsləri eşidiblər. Polis yanğının qəsdən törədildiyini ehtimal edir. /Oxu.az