XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2019 - 10:56

Kabildə universitet yaxınlığında partlayış olub –Ölən və yaralananlar var

Əfqanıstan paytaxtı Kabildə bu gün baş vermiş partlayış nəticəsində azı 6 nəfər ölüb, 26 nəfər yaralanıb.

Bu barədə “Pajhwok” agentliyi məlumat verib.

Partlayış Kabil Universitetinin yaxınlığında imtahan verməyə hazırlaşan tələbələrin binanın girişində yığışdığı zaman baş verib.

1TV telekanalının məlumatına görə, avtomobilə bərkidilmiş partlayıcı qurğu işə salınıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər/Report.