XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 July 2019 - 11:56

İranlı nazir ABŞ-da general Süleymanini təriflədi:"Hamımız ona borcluyuq"

İranın xarici işlər naziri general Qasim Süleymanini tərifləyib.

Strateq.az “Bornanews”-a istinadla xəbər verir ki, Məhəmməd Cavad Zərif deyib: “Dünya və bölgə təhlükəsizliyə görə ona borcludur”.

BMT-dəki İran missiyasında jurnalistlərə verdiyi açıqlamada XİN rəhbəri əlavə edib: “General Süleymani terrorizmlə mübarizədə böyük rol oynayıb”.

Xatırladaq ki, bundan əvvəl “Qüds” qüvvələrinin komandanı da xarıçı işlər nazirini tərifləmişdi: “Zərif rejimin yüksək səlahiyyətliləri tərəfindən həmişə dəstəklənib”.