XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

19 İyul 2019 - 14:48

Səudiyyənin BMT-dəki təmsilçisi:"İranla müharibə istəmirik"

Səudiyyə Ərəbistanının BMT-dəki daimi təmsilçisi Riyadın Tehranla diplomatik təmasda olmaq istədiyini və hətta İranla əlaqə qurulduğunu iddia edib.

Strateq.az “əl-Xəlic əl-Cədid”ə istinadla xəbər verir ki, səfir Abdullah əl-Mualimi ölkəsinin İslam Respublikası ilə müharibə aparmaq istəmədiyini söyləyib.

Əl-Mualimi deyib: “Yəmən böhranını sona çatdırma vaxtıdır. Səudiyyə Ərəbistanı İranla Yəməndə və ya onun xaricində heç bir müharibə istəmir”.

Səudiyyə Ərəbistanının daimi təmsilçisi Riyadın İslam Respublikası ilə diplomatik əlaqəyə hazır olduğunu bildirib. O, bunun üçün ortaq bir təmələ ehtiyacı olduğunu vurğulayıb.

Diplomat vurğulayıb ki, Tehranla təmaslar Məkkədə keçirilən İslam Zirvə Toplantısında olub. Lakin səfir bu barədə daha ətraflı məlumat verməyib.