XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

05 March 2015 - 07:33

Saakaşvili kömək istəyir

Ukrayna prezidenti Petro Poroşenkonun müşaviri, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ABŞ Senatında keçirilən dinləmədə iştirak edib, Vaşinqtonu rəsmi Kiyevi döyüş silahı ilə təmin eməyə çağırıb.

O, Senatın Xarici Əlaqələr Komitəsində çıxış edib və deyib ki, Ukraynaya tank əleyhinə silahlar lazımdır və bu, Rusiyanın irəliləməsinin qarşısını almaq üçün vacibdir. Bu silahlarsız Ukraynanın ölkə kimi mövcud olması şübhə doğurur. Rusiya Ukraynanın cənubunda və şərqində daha çox ərazi tutacaq və Kiyev hökumətini devirməyə çalışacaq.”

M.Saakaşvili Ukraynanı silahlandırmaq üçün Birləşmiş Ştatların Avropa müttəfiqləri ilə əməkdaşlığ etməsi barədə deyib ki, Almaniya bu siyasətə razılaşan deyil.

Dinləməyə qatılan Rusiya müxalifəti nümayəndəsi Harri Kasparov söyləyib ki, Rusiya prezidenti Vladimir Putin hər hansı həll yoluna maraq göstərmir və müxalifət lideri Boris Nemtsovun Kremlin yaxınlığında öldürülməsində birbaşa rol oynayıb. Qətl olmasaydı, Nemtsov Rusiyanın Ukraynanın şərqində hərbi birləşmələrinə dair sübut-dəlil açıqlayacaqdı(Anspress)