XƏBƏR LENTİ

28 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 07:47

Cakartada həyəcanlı anlar -[color=red]Terrorçular teatr binasını ələ keçirdi (VIDEO)

İndoneziyanın paytaxtı Cakartada həyəcanlı anlar davam edir.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçular indi də paytaxtdakı "Cakarta Teatrı"nın binasını ələ keçirərək dama çıxıblar. 

Bu barədə jurnalistlərə yerli polis idarəsinin rəisi Anton Çarlian məlumat verib.

Polis rəisi bildirib ki, terrorçuların İŞİD üzvü olduğuna dair şübhələr var:

"Bir müddət əvvəl İŞİD-dən hədə tonlu mesaj almışdıq. Mesajda deyilirdi ki,  İŞİD Cakartada «konsertlər» təşkil edəcək".

Qeyd edək ki, bu gün şəhərin 6 müxtəlif yerində partlayış olub. Ən azı 6 nəfərin öldüyü və yaralıların olduğu bildirilir. 

Bir neçə kamikadze və 10-14 terrorçunun törətdiyi partlayışların mərkəzdəki nəhəng ticarət mərkəzinin qarşısında, bahalı mehmanxanaların olduğu ərazidə, səfirliklərin və ofis binalarının yerləşdiyi məhəllədə və BMT-nin bu ölkədəki nümayəndəliyinin önündə baş verdiyi bildirilir.