XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2019 - 10:33

Bu gün Ukraynada sükut günüdür- Növbədənkənar parlament seçkiləri ilə bağlı

Ukraynada keçiriləcək növbədənkənar parlament seçkiləri ilə əlaqədar bu gün ölkədə sükut günüdür.

Ukraynanın seçki qanunvericiliyinə görə, sükut günündə hər hansı seçki təşviqatı, namizədlərin təbliğatı, reklamlar, KİV-lərdə açıqlamalar, sorğuların nəticələrinin dərci qadağan olunur.

Qeyd edək ki, iyulun 21-də Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 22 partiyadan 2700 namizəd, təkmandatlı seçki dairəsindən isə 3200-dən çox nümayəndə qeydə alıb.