XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

20 İyul 2019 - 20:21

Türkiyədə axtarışda olan təhlükəli terrorçu zərərsizləşdirilib- FOTO

Türkiyə təhlükəsizlik qüvvələrinin iyulun 16-da aviasiyanın dəstəyi ilə Diyarbəkir vilayətinin Kulp rayonunda həyata keçirdikləri antiterror əməliyyatında məhv edilən 4 terrorçunun şəxsiyyəti müəyyən edilib. Onlardan biri Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olub.

Azərtac xəbər verir ki, “Sorhin Eruh” ləqəbli qadın terrorçu Meryem Aksunun axtarışına 600 min lirə (təxminən 110 min ABŞ dolları) vəsait ayrılmışdı. O, Türkiyə dövlətinə qarşı bir sıra ağır cinayətlərdə ittiham olunurdu.