XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 July 2019 - 21:16

“Çevik ruh-2019”:Gürcüstanda keçiriləcək təlimlərdə 3000-dək hərbçinin iştirakı nəzərdə tutulub

İyulun 27-dən avqustun 9-dək Gürcüstanda “Çevik ruh-2019” çoxmillətli hərbi təlimi keçiriləcək.

Azərtac Gürcüstan Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, hərbi təlimlərdə NATO-ya üzv və tərəfdaş 14 ölkənin 3 minədək hərbi qulluqçusu iştirak edəcək.

Doqquzuncu dəfə keçiriləcək bu təlim Gürcüstan ilə ABŞ və NATO əməkdaşlığının komponentidir.

Hərbi təlimlər Senakidəki hərbi bazada, II Motoatıcı briqadanın, Orpolo və Vazianinin hərbi poliqonlarında keçiriləcək.