XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2019 - 10:00

“Boeing 737 Max” təyyarələrinə məxsus “qəbiristan” tapıldı –ABŞ-da

Cənubi Kaliforniyanın Viktorvil şəhərində yerləşən logistik hava limanında aviaqəzalardan sonra uçuşuna qadağa qoyulan problemli “Boeing 737 Max” təyyarələrinin “qəbiristan”ı aşkar edilib.

Bu barədə Britaniyanın “Daily Mail” tabloidi yazır.

Aeroportun dayanacağında “Southwest Airline” aviaşirkətinin 35-dən artıq layneri saxlanılır.  Təyyarələrin orada cari ilin noyabrına kimi qalacağı bildirilir.

Hazırda bir neçə ölkədə aşkar olunan nasazlıqlar səbəbindən “Boeing 737 MAX” təyyarələrinin istismarı tamamilə dayandırılıb.

Xatırladaq ki, 2018-ci ilin oktyabrında “Boeing 737 MAX” təyyarəsi İndoneziyada qəzaya uğrayıb, nəticədə 189 nəfər həyatını itirib. Martda isə Efiopiyada eyni modelli təyyarənin qəzaya düşməsi nəticəsində 157 insan ölüb. Bundan sonra bir sıra ölkələrdə “Boeing 737 MAX” hava gəmilərinin istismarı dayandırılıb. /Oxu.az