XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2019 - 09:24

NATO İrana çağırış etdi:"Hörmüz boğazında saxladığınız tankerləri azad edin"

İranı Hörmüz boğazında son günlərdə tutulan iki tankeri azad etməyə çağırıb.

Şimali Atlantik Alyansı (NATO) İranın Hörmüz boğazında iki tankerin İran tərəfindən ələ keçirildiyini qınayıb.

NATO gəmilərin ələ keçirilməsini beynəlxalq dəniz standartlarının pozulması kimi dəyərləndirib.

NATO-nun rəsmi nümayəndəsi Oana Lunkesku Rəsmi Tehranı tankerləri heyətilə birlikdə azad etməyə çağırıb. Bu barədə alyansın rəsmi saytında yerləşdirilmiş bəyanatda da qeyd edilib .

NATO neft tankerlərinin beynəlxalq dəniz standartlarına zidd şəkildə ələ keçirildiyini bəyan edib: “Hörmüz boğazında İranın iki ticarət gəmisinin ələ keçirilməsini qınayırıq. İrandan gəmiləri və heyət üzvlərini dərhal azad etməyə çağırırıq”. 

Birləşmiş Krallığın hazırkı vəziyyəti dialoq vasitəsi ilə diplomatik həllinə üstünlük verməsini  qeyd edən O.Lunkesku Britaniya tərəfinin bu yanaşmasına dəstək verdiyini bildirib.

Xatırladaq ki, Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri cümə günü Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb. Britaniyaya məxsus, lakin Liberiya bayrağı altında üzən daha bir gəmi – “MV Mesdar” həmin yerdə saxlanılıb. /APA