XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

14 Yanvar 2016 - 09:18

Alman polisi xəbərdar etdi: [color=red]“Almaniyada Paris ssenarisi üzrə terror aktları törədilə bilər”

paris teror.jpg

Almaniya Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, ölkədə Paris ssenarisi üzrə terror aktları törədilməsi ehtimalı böyükdür.

Almaniyada çıxan Bild qəzetinin bugünkü nömrəsində Daxili İşlər Nazirliyinin təhlükəsizlik sahəsində vəziyyətə həsr olunmuş məruzəsinə istinad edilir. Sənəddə göstərilir ki, ölkə “faktiki olaraq cihad tərəfdarlarının zorakılıq hədəfinə çevrilib”, bu, “istənilən vaxtda dövlət müəssisələrinə və mülki müəssisələrə, həmçinin dövlət qulluqçularına və dinc sakinlərə qarşı cinayətlər şəklində təzahür edə bilər”.

Sənədin müəllifləri xəbərdarlıq edirlər ki, noyabrın 13-də Parisdə baş vermiş terror aktlarına oxşar hadisələr Almaniyada da baş verə bilər. Söhbət odlu silahdan və bombalardan istifadə edilməklə silsilə hücumlardan gedir. Belə hücumlar bir neçə gün ərzində törədilə bilər.

Qəzet qeyd edir ki, Suriyada cihad qruplaşmaları tərəfində döyüşənlər daha böyük təhlükə mənbəyidir. Nəşrdə bildirilir ki, “İslam dövləti”nə və ya ona oxşar qruplaşmalara qoşulmuş 850 almandan təxminən 300-ü Almaniyaya qayıdıb. Təhlükəli islamçı hesab edilən daha 420 nəfər isə cinayət işləri üzrə federal idarənin (BKA) nəzarətindədir.