XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

21 İyul 2019 - 10:15

“Telegraph” qəzeti:"Britaniya bu gün İrana qarşı sanksiyalar elan edə bilər"

Bu gün Böyük Britaniyanın xarici işlər naziri Ceremi Hant “Stena Impero” neft tankerinin saxlanılması ilə əlaqədar İrana qarşı bir sıra diplomatik və iqtisadi sanksiyaları elan edə bilər.

Bu barədə “Telegraph” qəzeti məlumat yayıb.

Bu sıraya İran aktivlərinin dondurulması da daxildir. London Avropa İttifaqı və BMT-ni 2016-cı ildə nüvə razılaşması ilə əlaqədar ləğv edilən sanksiyaları yenidən bərpa etməyə də çağıra bilər.

“Telegraph” yazıb ki, dünən Böyük Britaniya Nazirlər Kabinetinin növbəti iclası keçirilib. İclas Fars körfəzində yaşanan gərginliyə həsr edilib. /APA