XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2019 - 11:00

“British Airways” Qahirəyə uçuşları müvəqqəti dayandırmağa qərar verib –Səbəb

“British Airways” aviaşirkəti Qahirəyə uçuşları müvəqqəti dayandırmağa qərar verib.

Bu qərar ehtiyat tədbiri xarakteri daşıyır və təhlükəsizlik sahəsində vəziyyətin qiymətləndirilməsi ilə əlaqədardır.

“Biz bütün dünyadakı hava limanlarımızda təhlükəsizlik tədbirlərini daim gözdən keçiririk. Bu səbəbdən də qiymətləndirmə aparmaq məqsədi ilə təhlükəsizlik tədbirləri qismində yeddi gün müddətinə Qahirəyə uçuşları dayandırırıq”, – deyə “British Airways”in bəyanatında bildirilir. /APA