XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 July 2019 - 14:55

“The Sun” qəzeti:Britaniya Fars körfəzinə atom sualtı qayığı göndərə bilər

Böyük Britaniya Fars körfəzində müdafiə qabiliyyətinin artırılması üçün atom sualtı qayığı göndərə bilər.

Bu barədə “The Sun” qəzeti məlumat yayıb.

London digər gəmilərin İrandan qorunması üçün belə bir addım atmağı nəzərdən keçirir. Bu təklif hökumətin təhlükəsizlik üzrə komissiyasında da müzakirə olunub.

Xatırladaq ki, iyulun 19-da Britaniya bayrağı altında üzən “Stena Impero” tankeri Hörmüz boğazında İran İnqilabı Keşikçiləri Korpusu tərəfindən saxlanılıb. /APA