XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2019 - 14:14

Mərkəz direktoru:“Poroşenkonun partiyasının nəticələri tam fəlakətdir"

“Ali Radaya keçirilən seçkinin nəticələri göstərir ki, Ukrayna seçiciləri həm Ukraynanın eks-prezidenti Pyotr Poroşenko, həm də radikal Ukrayna millətçilərindən üz çeviriblər”.

Bunu Ukrayna Siyasi Konyuktura Mərkəzinin direktoru Aleksey Çesnakov deyib.

“Poroşenkonun partiyasının nəticələri tam fəlakətdir. O, prezident seçkisində topladığı səsdən daha azını topladı. Bu, bir daha sübut edir ki, nə Poroşenko, nə onun ideyaları insanların xoşuna gəlir”, – deyə o, bildirib.

Qeyd edək ki, Ukraynada dünən növbədənkənar parlament seçkisi keçirilib. Seçkinin ilkin nəticələrinə əsasən, Zelenskinin partiyası 42,31%, Müxalif Platforma 12,79%, Poroşenkonun Avropa Həmrəyli Partiyası 8,7%, Batkivşina 8,09%, Səs Partiyası 6,39% səs toplayıb/Axar.az.