XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 July 2019 - 15:13

Əfqanıstana bomba yağdırıldı:8 mülki şəxs öldü, 5-i yaralandı

Əfqanıstanın şərqində yerləşən Lahor əyalətinin bombalanması nəticəsində 8 mülki şəxs ölüb, 5-i yaralanıb.

“Tolo News” xəbər verir ki, bunu əyalətin Baraki-Barak dairəsinin başçısı Vais Abdul Rəhimzay bildirib.

Onun sözlərinə görə, aviazərbəni Əfqanıstandakı beynəlxalq koalisiya qüvvələri endirib. O deyib ki, aviazərbələrin hədəfi “Taliban” hərəkatının mövqeləri olub.

Başçı qeyd edib ki, mülki vətəndaşların ölümünün araşdırılması üçün xüsusi komissiya yaradılıb/Report.