XƏBƏR LENTİ

01 Dekabr 2020

Digər Xəbərlər

22 İyul 2019 - 18:32

Aİ Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə humanitar yardım edəcək- 10,5 milyon avroluq

Avropa İttifaqı (Aİ) son bir ayda təbii fəlakətlərdən zərər görmüş Cənubi və Cənub-Şərqi Asiya ölkələrinə 10,5 milyon avroluq humanitar yardım edəcək.

Azərtac BBC telekanalının saytına istinadla xəbər verir ki, bununla bağlı Avropa Komissiyası məlumat yayıb. Məlumatda deyilir: “Avropa Komissiyası yeni humanitar paket yaradıb və bu çərçivədə Cənubi və Cənub-Şərqi Asiyanın təbii fəlakətlərdən zərər görmüş, humanitar böhran yaşandığı ölkələrinə 10,5 milyon avroluq humanitar yardım edilməsi qərara alınıb”. Qeyd olunub ki, Hindistan və Banqladeşdə musson yağışları nəticəsində meydana gələn sel və daşqınların qurbanlarına da əlavə 1,5 milyon avro göndəriləcək. Həmçinin, Nepal və Filippin də bu siyahıya daxil edilib.

Avropa komissarı Kristos Stilianides bildirib ki, həmin ölkələrdə insanların düşdükləri ağır humanitar fəlakət Aİ-nin onlarla həmrəyliyini tələb edir. Təbii fəlakət bölgəsinə ilk növbədə içməli su, sanitar təmizlik ləvazimatları və ən zəruri qida məhsullarının çatdırılması təmin ediləcək.

Son məlumatlara görə, musson yağışları nəticəsində Hindistanda 10 milyon nəfər, Banqladeşdə isə 4 milyon adam humanitar böhranla üz-üzədir.