XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

22 İyul 2019 - 19:25

İstanbulda yaşayan Suriya vətəndaşları geri qaytarılır- Bu tarixə kimi vaxt verilib

Türkiyənin digər şəhərlərində qeydiyyatda olub, İstanbulda yaşayan Suriya vətəndaşlarının qeydiyyatı üzrə geri qayıtmaları üçün 2019-cu il avqustun 29-a kimi vaxt verilib. Bu barədə İstanbul valiliyindən məlumat verilib.

Azərtac xəbər verir ki, məlumatda rəsmi sənədlərə görə hazırda İstanbulda 1 milyon 69 min 860 xarici vətəndaşın qeydiyyatda olduğu bildirilir. Onlardan 547 min 479-u Suriya vətəndaşıdır. Onlar müvəqqəti qoruma qeydiyyatına alınıb. Hazırda İstanbulda bu qeydiyyat növü dayandırılıb.

Bundan əlavə ölkəyə qanunsuz yollarla daxil olanların da saxlanılaraq ölkələrinə geri qaytarılması istiqamətində tədbirlər görülür.