XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

22 İyul 2019 - 21:11

Cənubi Koreyaya məxsus “Bluebell” gəmisi piratların hücumuna məruz qalıb- Cənubi Çin dənizində

Cənubi Çin dənizində Cənubi Koreya bayrağı altında üzən “Bluebell” yük gəmisi piratların hücumuna məruz qalıb.

“Report” “Reuters”ə istinadən xəbər verir ki, ölkənin Okean və Balıqçılıq Nazirliyindən verilən məlumata görə, yeddi nəfər pirat gəmidəki 22 nəfərlik heyətə məxsus 13 min ABŞ dolları məbləğində nağd pulu, habelə mobil telefonlarını, geyim və ayaqqabılarını götürüb hadisə yerini tərk edib.

Sinqapurdan Cənubi Koreyaya doğru getməkdə olan gəminin hadisədən sonra normal şəkildə yoluna davam etdiyi bildirilir.