XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 13:15

İran Çinlə birtərəfli viza rejimini ləğv edib –Qərar

İranın Nazirlər Kabineti Çinlə viza rejiminin birtərəfli ləğvi ilə bağlı qərar qəbul edib.

İranın Nazirlər Kabineti bu qərarı ölkənin xarici işlər naziri və Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının təklifi əsasında qəbul edib.

Qərara əsasən, Çin vətəndaşları 21 gün müddətinə İranda qala bilər.

Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının yeni sədri Əli Əsgər Munisan jurnalistlərə açıqlamasında bildirib ki, viza rejiminin ləğvi ilə yaxın 4-5 il ərzində Çindən İrana 1 milyon turistin gələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, son statistik məlumata görə, 2018-ci ildə Çindən İrana 52 min nəfər səfər edib. Ötən il İrandan tranzit olaraq digər ölkələrə səfər edən çinlilərin sayı isə 170 min nəfər təşkil edib. /APA