XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

23 July 2019 - 14:35

Rəsmi Kabil Trampdan izahat tələb etdi –İmran Xanla görüşdəki bəyanatla bağlı

Əfqanıstan hökuməti ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların Əfqanıstandakı müharibəni 7-10 günə uda biləcəklərinə dair sözlərindən sonra Vaşinqtondan məsələyə aydınlıq gətirməsini istəyib.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“Əfqanıstan və ABŞ arasındakı çoxşaxəli əlaqələri nəzərə alaraq, Əfqanıstan İslam Respublikası hökuməti diplomatik vasitələr və kanallar vasitəsi ilə ABŞ prezidentinin Pakistanın baş naziri ilə görüşdə verdiyi açıqlamalara aydınlıq gətirilməsini istəyir”, – deyə Əfqanıstan prezidentinin aparatının rəsmi saytında yerləşdirilən bəyanatda bildirilib.

Xatırladaq ki, dünən Pakistanın baş naziri İmran Xan ilə görüşü zamanı Tramp ABŞ-ın 7-10 günə Əfqanıstandakı müharibəni qazana biləcəyini, ümumiyyətlə Əfqanıstanı Yer üzündən silə biləcəyini, ancaq 10 milyon insanı öldürmək istəmədiyini açıqlayıb.