XƏBƏR LENTİ

23 Noyabr 2020

Digər Xəbərlər

23 İyul 2019 - 14:50

BMT Bəşər Əsəd rejiminə səsləndi:"Hücumları dərhal dayandırın"

“Bəşər Əsəd rejiminin ordusu və onun müttəfiqləri Suriyanın şimal-qərbində deeskalasiya zonasında yaşayış obyektlərini intensiv hücuma məruz qoymağa davam edir”.

Bunu BMT-nin Suriya böhranı üzrə regional humanitar koordinatorunun müavini Mark Katts bildirib.

Onun sözlərinə görə, Əsəd rejimi ordusunun və onun müttəfiqlərinin İdlib vilayətində Maarat an-Numan və Serakib rayonlarına hücumu nəticəsində onlarla dinc sakin ölüb. O bildirib ki, bu, son zamanlarda həyata keçirilmiş ən qanlı hücumdur.

“Qurbanların əksəriyyətini qadınlar və uşaqlar təşkil edir. Ölənlər arasında xilasedicilər və tibb işçiləri də var. Onların bədənləri tanınmaz haldadır. Xilasedicilər dağıntılar altında sağ qalanları qurtarmağa çalışırlar”, – M.Katts qeyd edib.

Koordinator müavini mülki şəxslərə, infrastruktur obyektlərinə hücumlara dərhal son qoymağa səsləyib.  /APA