XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 09:30

Ağ Ev:Tramp Türkiyəyə qarşı sanksiyanı müzakirə edib

ABŞ prezidenti Donald Tramp Respublikaçılar partiyasından olan senat üzvləri ilə Rusiyadan S-400 raket sistemlərinin alınmasına görə Türkiyəyə qarşı sanksiya məsələsini müzakirə edib.

Bununla bağlı Ağ Ev məlumat yayıb.

Məlumatda deyilir: “Bu görüş Rusiyadan raket kompleksləri alınmasına görə Türkiyəyə qarşı mümkün sanksiya tətbiqinə həsr olunub”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, S-400 zenit-raket komplekslərinin komponentlərinin Rusiyadan Türkiyəyə çatdırılmasının birinci mərhələsi başlayıb. Bundan əvvəl prezident Rəcəb Tayyib Ərdoğan S-400-lərin yerləşdiriləcəyi mövqelərin müəyyən ediləcəyini demişdi. Bildirmişdi ki, komplekslər Türkiyəyə ləngimədən çatdırılacaq. /Trend