XƏBƏR LENTİ

20 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 12:12

CNN:"ABŞ Senatı Mark Esperin Müdafiə naziri təyinatını təsdiq edib"

ABŞ Senatı Mark Esperin Müdafiə naziri təyinatını təsdiq edib.

CNN telekanalı xəbər verir ki, ötən ilin dekabrında Prezident Donald Trampla fikir ayrılığı səbəbindən Ceyms Mattisin istefasından sonra Pentaqonda uzun müddət daimi rəhbər olmayıb. Yeni Müdafiə nazirin namizədliyi Senatın 90 üzvü tərəfindən dəstəklənib, 8 senator isə onun əleyhinə səs verib.

Mark Esper ordu veteranıdır və uzun müddət ordunun təchizatı ilə məşğul olan Raytheon”s şirkətinin vitse-prezidenti olub. Müdafiə nazirinin vəzifələrini icra edən Petrik Şenahan isə şəxsi problemlərlə əlaqədar bu vəzifədən gedib. Washington Post onun ailəsində zorakılıq halları ilə bağlı xəbər dərc etmişdi.

Donald Tramp daha bir sərəncamı ilə Devid Norquisti Müdafiə nazirinin müavini təyin edib və Senat bu təyinatı da təsdiq etməlidir(azərtac).