XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 12:41

Ermənistan ordusunun əsgəri öldürülüb- İşğal olunmuş Dağlıq Qarabağda

İşğal olunmuş Dağlıq Qarabağda Ermənistan ordusunun əsgəri öldürülüb.

Azərtac erməni KİV-lərinə istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda insidentin cəbhə xəttindəki təmas nöqtələrindən birində baş verdiyi bildirilir.

Erməni əsgərin öz yoldaşlarının atdığı güllə yarasından öldüyü ehtimal olunur.

2000-ci i təvəllüdlü əsgər Volodya Qaloyanın ölümü ilə bağlı hərbi prokurorluq tərəfindən təhqiqat aparılır.