XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

24 İyul 2019 - 13:02

Diyarbəkirdə polis maşını terror hücumuna məruz qalıb- Bölgədə antiterror əməliyyatı gücləndirilib

Türkiyənin Diyarbəkir şəhərində xidmətdə olan polis əməkdaşlarının maşını terror hücumuna məruz qalıb.

Şəhərin Şehitlik məhəlləsində polis maşınına əldədüzəltmə bomba atılıb. Hadisə nəticəsində ölən olmayıb.

Terrorçuların ələ keçirilməsi üçün bölgədə antiterror əməliyyatı gücləndirilib. İlkin ehtimala görə, terror aktı PKK tərəfindən törədilib.

Bitlisdə isə PKK terror təşkilatının üzvlərinin gizləndikləri ehtimal edilən 15 kənddə komendant saatı elan edilib(azərtac).